Biləsuvar rayonunun Arazbarı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bu barədə noyabrın 29-da DSX-dən məlumat verilib.
Belə ki, 1990-cı il təvəllüdlü Niftəliyev Elçin saxlanılıb. Ondan bir ədəd bağlamanın içərisində təxmini çəkisi 5 kiloqram 50 qram marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.