İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb. Bu barədə 21 dekabr tarixində Report məlumat verib.
Belə ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində "Şahtaxtı" dövlət sərhədinin buraxılış məntəqəsində İrandan Azərbaycan istiqamətində rəsmi qaydada keçən İran vətəndaşı, 56 yaşlı Azizmohammad Mahmoud Najiollah oğlunun idarə etdiyi “DAF” markalı, XB389BX dövlət qeydiyyat nişanlı yük avtomobilinə gömrük əməkdaşları ilə birlikdə baxış keçirilib. Yoxlama zamanı avtomobilin qoşqusunun arxa qapısının arakəsmə hissəsində gizlədilmiş halda 37,4 kiloqram marixuanaya bənzər narkotik vasitə aşkar edilib.
Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.