İrandan qanunsuz şəkildə Azərbaycana keçmək istəyən Əfqanıstan vətəndaşları saxlanılıblar. Bu barədə 21 dekabr tarixində Dövlət Sərhəd Xidməti məlumat verib.
Belə ki, dekabr ayının 17-də saat 02:06-da Cəlilabad rayonunun Dələli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədini pozmuş 3 nəfər Əfqanıstan İslam Respublikası vətəndaşı saxlanılıb.
Saxlanılan şəxslərin dövlət sərhədini pozaraq Azərbaycana gəlməkdə məqsədlərinin ölkə ərazisindən tranzit yolla istifadə edərək, daha sonra Avropa ölkələrindən birinə qanunsuz miqrasiya etmək olduğu müəyyən edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
[gallery columns="1" link="file" size="full" ids="98679"]