Şirvanda yol qəzası törədib hadisə yerindən qaçan sürücü saxlanılıb. Bu barədə 23 mart tarixində Apa məlumat verib.
Məlumata əsasən, avtomobillə vurulan qadın xəstəxanaya yerləşdirilib. Polis əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsinin “Mitsubishi” markalı avtomobillə törədilməsi müəyyən edilib. Nəticədə həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.