İsmayıllıda mikroavtobus ağaca çarpılıb, sürücü və 7 sərnişin xəsarət alıb. Bu barədə 5 dekabr tarixində Report məlumat verib.
Bildirilib ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 45-ci kilometrliyində - İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində “Mercedes-Vito” markalı mikroavtobusun sürücüsü, Şəki rayon sakini Eltun Yusifovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çarpılıb.
Nəticədə sürücü və mikroavtobusda olan 7 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.