Müğənni Jony-nin üstünə qaçan qız universitetdən qovuldu. Bu barədə 3 yanvar tarixində Lent.az məlumat verib.
Yeni il münasibətilə dekabrın 27-si Türkmənistanın paytaxtı Aşqabadda azərbaycanlı müğənni Jony (Cahid Əfrail oğlu Hüseynli) ilk dəfə konsert verib.
Gənc müğənninin çıxışı zamanı qız pərəstişkarı səhnəyə çıxaraq onu bərk qucaqlayıb. Həmin an öz müvazinətini itirən ifaçı az qala yıxılıb.
İfaçıya hədiyyə verdikdən sonra az qala konserti pozan pərəstişkarı təhlükəsizlik işçiləri tərəfindən səhnədən endirilib. O, mahnısını oxumağa davam edib.
Sosial mediada həmin qız pərəstişkarın Dövlət Maliyyə İnstitutunun (keçmiş Xalq Təsərrüfatı İnstitutu) 2-ci kurs tələbəsi olduğu, lakin onun nalayiq davranışına görə universitetdən xaric edildiyi və hazırda 15 sutkalıq həbs cəzası çəkdiyi barədə məlumatlar yayılıb.