Kürdəmirdə 19 yaşlı gənc qonşusunun həyətində intihar edib. Bu barədə martın 24-də Report məlumat yayıb.
İnsident Xəlsə kəndində baş verib. Kənd sakini özünü ağacdan asaraq həyatına son qoyub. Yaxınları mərhumun ruhi xəstə olduğunu bildirirlər.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda ötən il ərzində 612 nəfər intihar edib. Onlardan 438-i kişi, 174-ü qadın, 46-sı isə yetkinlik yaşına çatmayanlar olub.