Kəlbəcər rayon Almalıq kəndi ərazisində 2 yük avtomobili toqquşub. Bu haqda məlumatı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bu gün, 23 dekabr tarixində verib.
Qəza nəticəsində sürücülərdən biri, Göygöl rayon Toğanalı kənd sakini V. Bayramov yüngül bədən xəsarətləri alıb.
Kəlbəcər rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar.
Faktla bağlı araşdırmalar davam edir.