Keçən il Azərbaycanda erkən nikah yaşında müraciət edənlərin sayı məlum olub. Bu barədə 15 dekabr tarixində Apa məlumat verib.
Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinə 256 erkən nikah yaşında (18 yaşadək) olan müraciət daxil olub. Müraciət edən gənclərin erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığa, həyat keyfiyyətinə, mənəvi-psixoloji inkişafına mənfi təsiri barədə məlumatlandırılması təmin edilib.
Respublikada erkən nikah hallarının dinamikasında azalma qeydə alınsa da, onun tamamilə aradan qaldırılması hələ də mümkün deyil.