Şəkidə 6 ailənin yaşadığı bina yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi martın 30-da məlumat verib.
Şəki şəhəri, Cəfər Cabbarlı küçəsində 6 ailənin yaşadığı və ümumi sahəsi 400 kvadratmetr olan yaşayış binasında yanğın baş verib. Nəticədə binanın yanar konstruksiyaları və ev əşyaları yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma davam edir.