Şirvan şəhər polisi quldurluq edən şəxsi saxlayıb. Bu barədə İnsanoid bu gün, 3 dekabr tarixində xəbər verir.
Şəhər ərazisində bir vətəndaşa qarşı quldurluq edən Rəfayıl Nuriyev saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, R.Nuriyev şəhər ərazisində yerləşən şadlıq saraylarından birinin qarşısında bir nəfər şəhər sakinindən pul istəyib. Lakin sonuncu ona pul verməkdən imtina edib. Bu zaman R.Nuriyev ona xəsarət yetirərək zərərçəkənin 150 manat pulunu quldurluq yolu ilə ələ keçirib və hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.