Kür çayında balıq tutmaq istəyən şəxs batıb. Bu barədə 24 dekabr tarixində Report məlumat verib.
Hadisə çayın Tovuz rayonun Qədirli kəndindən keçən hissəsində qeydə alınıb.
Rayon sakini, 1975-ci il təvəllüdlü Eldəniz Mikayıl oğlu Məmmədov Kür çayında balıq tutan zaman batıb.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat verilib. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Hazırda onun axtarışları davam etdirilir.