Bu ilki mövsümdə Kürdəmirdə 50 min hektar sahədə taxıl əkini gözlənilir. Bu barədə dekabrın 5-də Azərtac məlumat yayıb.
Hələlik 28 min 435 hektar sahədə əkin aparılıb. Taxıl səpininə 95-dən çox texnika cəlb olunub.
Səpində yerli şərait üçün daha çox sərfəli olan “Murov-2”, “Qobustan” buğda, “Qarabağ-22”, “Qarabağ-33 ”arpa sortlarından istifadə edilir.