Lənkəranda piyadanın ölümünə səbəb olan sürücü polisə təslim olub. Bu barədə martın 24-də Report məlumat yayıb.
Məlumata görə, hadisəni rayonun Vilvan kənd sakini, 1975-ci il təvəllüdlü Vüqar Fərzizadə törədib.
O, idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçmək istəyən piyadanı vurub. Piyadanı xəstəxanaya çatdırmaq istəsə də, o aldığı xəsarətlərdən dünyasını dəyişib. Sürücü isə qorxduğu üçün hadisəni özünün törətdiyini heç kimə söyləməyib.
***
12:27
Lənkəranda sürücü piyadanı vuraraq hadisə yerindən uzaqlaşıb. Nəticədə piyada, 57 yaşlı Veravul kənd sakini dünyasını dəyişib. Bu barədə martın 24-də APA məlumat yayıb.
Hadisə rayonun Vilvan kəndində baş verib. Hazırda qəzanı törədərək hadisə yerindən qaçan sürücünün kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.