Lənkəranda son bir ay ərzində narkotiklərin dövriyyəsi, soyğunçuluq və oğurluqla məşğul olan 20 nəfər saxlanılıb. Bu haqda martın 23-də Daxili İşlər Nazirliyindən APA-ya məlumat verilib.
Belə ki, həmin şəxslərdən axtarış zamanı hazır bükümlərdə qablaşdırılmış narkotik, psixotrop maddə və elektron tərəzilər tapılıb.
Bundan əlavə, onlardan ikisinin qabaqcadan əlbir olan bir qrup şəxs halında 72 yaşlı rayon sakininin pulunu ələ keçirdikləri məlum olub. Tutulan digər şəxslərin isə rayon ərazisindəki evlərdən və digər obyektlərdən çoxsaylı oğurluqlar etdikləri müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.