Lənkəranda 72 yaşlı qadını avtomobil vurub. Bu haqda 25 martda Report məlumat verib.
Hadisə Zövlə kəndi ərazisində baş verib. "VAZ-2107" markalı avtomobil Şağlaser kənd sakini Vəsmcan Tağıyevanı vurub.
Sürücü yaralını xəstəxanaya çatdırıb və o, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.