Lənkəranda yanğın hadisəsi baş verib. Bu barədə Report 27 dekabr tarixində məlumat verib.
Yanğın rayonun Girdəni kəndində, “mikrorayon” adlandırılan ərazidə yerləşən ikimərtəbəli, 8 mənzilli yaşayış binasında baş verib. Hadisə yerinə FHN-nin Lənkəran Dövlət Yanğından Mühafizə hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.
Bina sakinlərinin təxliyəsinə ehtiyac olmayıb. Yanğının genişlənməsinin və ətrafa yayılmasının qarşısı alınıb. Hadisə zamanı mənzildə heç kim olmayıb.
Yanğının elektrik avadanlığında baş verməsi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır