Lənkəran rayonunda 19 yaşlı gənc qətlə yetirilib. Bu barədə 18 noyabr tarixində Report məlumat verib.
Gənclər arasında baş verən kütləvi dava zamanı Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Şohlət oğlu Nəsirov bıçaq xəsarətləri alıb.
Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Gənc oğlanı öldürən 30 yaşlı şəxs saxlanılıb.