Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə İnsanoid Cenublu.az-a istinadən bu gün, 10 yanvar tarixində xəbər verir.
Lənkəran rayon sakini İlqar Bayramov idarə etdiyi "Niva" markalı avtomobillə rayonun Əşlə kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi çaya aşıb.
Nəticədə sürücü və avtomobildə olan sərnişin Ş.Mirzəyev aldıqları xəsarətlər nəticəsində ölüblər.
Faktla bağlı araşdırma aparılır.
Həmin görüntüləri təqdim edirik: