Rusiyada “Lotu Quli” ləqəbli kriminal avtoritetin yaxın adamını öldürməkdə təqsirləndirilən Camal Həsənovun məhkəməsi başlayır. O, “Yeraz Camal”, “Piter Camal” kimi tanınır. Bu haqda martın 29-da APA məlumat yayıb.
İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırlıq iclasının vaxtı məlum deyil.
Saxlanılan şəxs Rövşən Lənkəranskinin yaxın adamı hesab edilirdi və uzun müddət axtarışda olub. Vətəndaş “qəsdən adam öldürmə” maddəsilə ittiham edilir.
Qeyd edək ki, o, bir neçə "qanuni oğru" ilə birlikdə 2017-ci ildə İstanbulda “Lotu Quli”yə qarşı sui-qəsd təşkil etməkdə şübhəli bilinib. Lakin bir müddət sonra məhkəmə onları sərbəst buraxıb.
Rusiya mətbuatında gedən məlumatlara görə, Cabir Həsənov Rövşən Lənkəranskinin qətlində iştirak edib. “Yeraz Camal” da qisas məqsədilə Sankt-Peterburq şəhərinə gedərək Cabir Həsənovu güllələyib.