Adil Qabil oğlu Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə o, mədəniyyət nazirinin birinci müavini təyin olunub.
Eyni zamanda mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası mədəniyyət nazirinin birinci müavini Adil Kərimliyə həvalə edilib.
Qeyd edək ki, Prezidentin Sərəncamı ilə Anar Kərimov mədəniyyət naziri vəzifəsindən azad edilib.