Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA 27 dekabr tarixidə məlumat verib.
Məhəmmədi-Zabrat yolunda “Mercedes” markalı minik avtomobili ilə “Mercedes Sprinter” markalı mikroavtobus toqquşub. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.
Hadisə zamanı xəsarət alan olmayıb.
Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.
Hadisənin təfərrüatı araşdırılır.
[caption id="attachment_99430" align="alignnone" width="640"]
Foto apa.az saytı[/caption]