Mançesterdə itkin düşdüyü deyilən azərbaycanlı tələbə Fəridə Əliyeva tapılıb. Bu barədə 2 yanvar tarixində Oxu.az məlumat verib.
Bununla bağlı onun bacısı Səbinə Əliyeva xəbər verib:
“Bacım yaşadığı evi dəyişdiyi və telefonu bir neçə gün sönülü olduğu üçün əlaqə qura bilmədik və narahat olduq. Düşündük ki, bəlkə azərbaycanlı tələbələrdən kiminləsə əlaqəsi olar, ona görə də post paylaşdıq. Ancaq dünən artıq biz onun sağ-salamat olduğunu və yerini bildik”.