Gəncədəki “Nur” marketdə kərə yağı adı altında bitkitərkibli yağlar satışa çıxarılıb. Bu barədə 27 dekabr tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
Belə ki, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə E-3, sahə 19m. ünvanında fəaliyyət göstərən “Nur” marketdə keçirilmiş planlı yoxlama zamanı kərə yağı adı altında bitkitərkibli yağların, istifadə müddəti bitmiş qida məhsullarının, mənşəyi məlum olmayan müxtəlif çeşidli turşuların satışının həyata keçirildiyi aşkar edilib.
Faktlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib.