Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü məsuliyyətə cəlb edilib. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 29 noyabr tarixində məlumat verir.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən noyabrın 26-da Masallı rayonu ərazisində yerləşən postda “Opel” markalı avtomobil saxlanılıb.
Polis əməkdaşları tərəfindən sürücü, Sumqayıt şəhər sakini Azər Əhmədzadənin narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə protokol tərtib edilib.
Masallı rayon məhkəməsinin qərarı ilə A.Əhmədzadə 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 10 gün müddətinə inzibati qaydada həbs olunub.