Abşeron rayonu, Masazır qəsəbəsində 66 yaşlı şəxs intihara cəhd edib. Bu barədə martın 29-da Report xəbər paylaşıb.
Məlumata görə, qadın dərman içərək özünə qəsd edib. Daha sonra o, xəstəxanaya yerləşdirilib. Qadına dərmandan zəhərlənmə diaqnozu qoyulub.
Faktla bağlı araşdırma davam edir.