Bakı Metropolitenində oğurluq edən şəxs tutulub. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 29 noyabr tarixində xəbər verir.
Polis əməkdaşları tərəfindən metronun “Koroğlu” stansiyasında bir qadının çantasından içərisində 200 manat pulu, bank kartı və açarları olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rəcəb Mehdiyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.