Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyasında iştirak etmək üçün yanvarın 8-də Türkiyənin Antalya şəhərinə səfər edəcək. Bu barədə 7 yanvar tarixində Report məlumat verib.
Nümayəndə heyətinin tərkibinə parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlardan İlham Məmmədov, Anar Məmmədov, Aydın Hüseynov, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.
Səfər çərçivəsində Milli Məclisin sədrinin tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub.