Mingəçevir şəhərində 190 kvadratmetr təşkil edən ikimərtəbəli evdə yanğın olub. Bir nəfər FHN tərəfindən təxliyə edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi martın 22-də xəbər verib.
Məlumata görə, evin mətbəxində mebel, paltaryuyan maşın və qaz sobası yanıb.
Bununla yanaşı, Tovuzun Qovlar şəhərində 80 kvadratmetrlik televizor təmiri sexinin yanar konstruksiyaları yanıb.
Hər iki yanğın söndürülüb.