Mingəçevirdə martın 26-da saat 22:00 radələrində vətəndaş Kür çayının üzərindəki körpüdən özünü atmağa cəhd göstərib. Bu haqda APA Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Belə ki, Mingəçevir şəhər sakini sərxoş vəziyyətdə olarkən özünü körpüdən atmaq istəyib. Lakin cəhdin qarşısı alınıb.
Faktla bağlı araşdırma davam edir.