Şəki polisi Mingəçevir sakinində narkotik aşkarlayıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 5 yanvar tarixində xəbər verir.
Şəki rayon polisi tərəfindən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş F.Qasımov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 415 qram marixuana və metamfetamin aşkar edilərək götürülüb.
İstintaq tədbirləri davam edir.