Mingəçevir şəhərində 74 yaşlı qadın dəm qazından zəhərlənib. Bu barədə noyabrın 14-də Report xəbər yayıb.
Hadisə noyabrın 13-də şəhər ərazisində yerləşən evlərin birində qeydə alınıb. Belə ki, 1948-ci il təvəllüdlü Ofelya Quliyeva dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin orta ağır olduğu bildirilir.