Mingəçevirdə Tərəvəzçilik yaşayış massivinin Boz dağ küçəsi adlanan ünvanda yaşayan sakinlər ictimai nəqliyyatdan narazıdırlar. Bu barədə onlar Yeniavaz-a bildiriblər.
Onların sözlərinə görə, yaşayış massivində hərəkət edən 8 saylı marşrut avtobusu onlar yaşayan küçədən keçmir. Bu da onların şəhərə gedib-gəlmələrinə problem yaradır.
Sakinlər bildiriblər ki, onlar 2-3 km yol qət edərək avtobus dayanacağına piyada gedirlər. Axşam saat 7-dən sonra isə marşrut avtobusu işləmir.