Noyabrın 29-u saat 17:50-də ordumuzun bölmələri tərəfindən atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Həmçinin Azərbaycan Ordusunun bölmələri tərəfindən Şuşa istiqamətində atəş açılması və nəticədə iki nəfərin yaralanması barədə xəbərin də heç bir real əsası yoxdur.
"Yayılan məlumatı qəti surətdə təkzib edirik", - məlumatda deyilir.