Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının XİN başçısı Sergey Lavrov arasında keçirilən görüşün yekunlarına əsasən, Azərbaycan və Rusiya Federasiyası arasında 2023-2024-cü illər üzrə XİN-lərarası məsləhətləşmələr Planı imzalanıb.
Bu barədə 5 dekabr tarixində Report məlumat verib.
Bundan başqa, Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş poçt markasının təqdimetmə mərasimi keçirilib.