Moskvanın ən böyük bazarlarından biri olan “Sadovod”da yanğın başlayıb. Bu barədə noyabrın 17-də Oxu.Az məlumat yayıb.
Hazırda ərazidə təxliyə işləri aparılır. Hadisə yerinə 20-dən çox yanğınsöndürmə briqadası cəlb olunub.
Qeyd edək ki, sözügedən bazar Azərbaycan əsilli yəhudi iş adamları Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya ploşad” şirkətinə məxsusdur. Obyekt 40 hektardan çox ərazini əhatə edir.
Açıq mənbələrdə olan məlumata görə, hər il bazarı 36,5 milyon insan ziyarət edir.
[gallery columns="1" link="file" size="full" ids="94729"]