Müdafiə naziri, general-polkovnik Zakir Həsənov dekabrın 20-də Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak etmək üçün Türkiyəyə səfər edib. Bu barədə məlumat nazirliyin saytında yerləşdirilib.
Keçiriləcək görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılacaq.