Bakının Nərimanov rayonunda hərbi sursat aşkar edilib. Bu haqda martın 19-da Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Ərazidəki insanlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təhlükəsiz məsafəyə uzaqlaşdırılıblar. Aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd 30 millimetrlik mərmi olduğu müəyyən edilib. Sursat zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerinə və ona yaxın ətraf ərazilərə də baxış keçirilib, lakin təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.