Nəsimi rayonu K.Səfərəliyeva küçəsində “Land Rover” markalı bir avtomobildən oğurluq edilib. Bu haqda DİN-dən bildirilib.
Belə ki, avtomobilin şüşəsi sındırılaraq içərisindən 2 ədəd mobil telefon, 400 manat pul və sənəd, 3 000 manat dəyərində çanta oğurlanıb.
Bundan başqa, 28 May küçəsində “Hyundai” markalı digər avtomobildən eyni üsulla çanta oğurlanıb. Əməlləri törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nəcməddin Hüseynzadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır