Cari ilin ilk iki ayı ərzində Naxçıvanda 17,5 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6% çoxdur. Bu barədə 30 mart tarixində Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən Azərtac məlumat verib.
Məlumata əsasən, Muxtar Respublikada 4 min tondan çox ət və 5,4 min ton süd istehsal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvaviq olaraq 5,8% və 1,6% çoxdur.