Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə yeni təyinat olub. Bu barədə İnsanoid Apa-ya istinadən bu gün, 29 noyabr tarixində xəbər verir.
Vəzifənin müvəqqəti icrası DGK-nın Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Əliyevə tapşırılıb.
V. Əliyev 2008-2016-cı illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük vergi və yığımları şöbəsində böyük inspektor, baş inspektor, 2016-2018-ci illərdə isə Komitənin Analitik şöbəsinin rəisi vəzifələrində çalışıb.
Komitə sədrinin müvafiq əmrinə əsasən, o, 6 sentyabr 2018-ci il tarixindən Komitənin Sosial innovasiyalar və analitik təhlil İdarəsinin rəisi vəzifəsinə təyin olunub.