Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 6 yanvar tarixində APA məlumat verib.
Hadisə şəhərin Atatürk küçəsində qeydə alınıb. 75-AA-048 dövlət qeydiyyat nişanlı "Mitsubishi" markalı avtomobil "Opel" markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. "Opel" markalı avtomobilin sürücüsü isə yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.