Naxçıvana gedən jurnalist gözləmədiyi halla qarşılaşıb. Bu barədə Oxu.az 22 dekabr tarixində məlumat verib.
Baku TV-nin jurnalisti Tural Müseyibov özü bildirib ki, bu gün səhər saatlarında təyyarə ilə Naxçıvan Beynəlxalq Hava Limanına enib.
Gözlənilməz hal isə əvvəlki səfərlərindən fərqli olaraq, ondan heç kimin bura niyə və nə üçün gəldiyini, çəkilişin nə ilə bağlı olduğunu soruşmaması olub.
O, bu hadisəni təəccüb içində qarşılayıb.