Ötən ay Naxçıvanda qanunsuz yaşayan və qeydiyyatsız olan 38 əcnəbi aşkarlanıb. Bu barədə Report-a Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən bildirilib.
Onların barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müvafiq tədbirlər görülüb.
Dövlət Miqrasiya Xidmətində oktyabr ayında, ümumilikdə, 1 184 müraciət qeydə alınıb ki, onlardan 569-u əcnəbiyə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub.