Naxçıvan sərhədində İrandan Türkiyəyə keçən yük avtomobili saxlanılıb. Bu barədə dekabrın 3-də Dövlət Gömrük Komitəsindən bildirilib.
Belə ki, şüşə yükü aparan “Mercedes-Benz” markalı avtomobildə 7 qram narkotik vasitə olan həşiş qətranı, həmçinin kabində idman çantasının içərisində 11 həb “Tramadol” dərman preparatı aşkarlanıb.
Sürücünün üzərində 17 qram marixuana aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.