Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə iki yeni hakim təyin edilib. Bu barədə Report 23 dekabr tarixində məlumat verib.
"Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında" layihə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin hakimi Bəylərli Səxavət Şahhüseyn oğlu və Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin hakimi Novruzov Səxavət Hüseyn oğlunun Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı namizədliyi irəli sürülüb.
Layihə səsverməyə çıxarılaraq təsdiqlənib.