Naxçıvanın həbsdə olan sabiq daxili işlər naziri Əhməd Əhmədov xəstəxanaya yerləşdirilib. Bu barədə noyabrın 29-da APA xəbər yayıb.
Sabiq nazirin saxlandığı cəzaçəkmə müəssisəsində səhhəti ağırlaşıb. Bu səbəbdən o, Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə köçürülüb.
Qeyd edək ki, Əhməd Əhmədovun barəsində verilmiş hökmdən Ali Məhkəməyə kassasiya şikayəti verilib.
Xatırladaq ki, Naxçıvanın 17 il daxili işlər naziri olmuş Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib və həmin il Bakıda saxlanılaraq həbs edilib.
O, xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.