Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxs məhkəmə zalında vəfat edib. Bu barədə Apa-ya vəkil Adəm Məmmədov xəbər verib.
Cinayət Məcəlləsinin dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə maddəsi ilə təqsirləndirilən 62 yaşlı Şamil Qədimov ürək tutmasından dünyasını dəyişib.
Məlumata görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə onun qəflətən halı pisləşib.
Qeyd edək ki, Şamil Qədimov Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin sabiq əməkdaşı olub. O, dələduzluqda təqsirləndirilirmiş.