Naxçıvan Dövlət Universitetinin rektoru Seymur Talıbovun işdən çıxarılması haqda xəbərlərə münasibət bildirib. Bu barədə Oxu.az 1 dekabr tarixində məlumat verib.
Yayılan xəbərlə bağlı Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib:
“Seymur müəllimin işdən azad olunması haqda xəbər doğru deyil. Belə bir rəsmi qərar yoxdur. Prorektorun işdən azad olunması məsələsi mənim səlahiyyətimdə deyil, Elm və Təhsil Nazirliyinin səlahiyyətindədir. Buna baxmayaraq, belə bir rəsmi qərar yoxdur. Seymur müəllim universitetin Beynəlxalq Əlaqələr üzrə prorektorudur”.