Neftçalada Cəngan kənd sakininin bir neçə gün öncə intihar etməsinin səbəbi məlum olub. Bu barədə Report martın 25-də xəbər verib.
O, martın 24-də yaşadığı həyətdəki yarımtikilidə özünü asıb.
Məlumata görə, Cəfərov İmaməddin Ərəbqardaşbəyli kəndində olan xalası qızını sevirdi. Lakin 23 yaşlı gənc əsgərlikdə olduğu zaman qız digər şəxslə nişanlanıb, daha sonra isə intihar edib. Bunu eşidən xalası oğlu da özünü asıb.
İ. Cəfərovun cibindən məktub tapılıb. Orada “Mən onsuz qala bilmirəm. O gedibsə, mən də onun yanına gedirəm” sözləri yazılıb.
Faktla bağlı araşdırma davam edir.